Valyuta məzənnəsi

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri-AZƏRBAYCANA GƏLDİ – FOTO-VİDEO – YENİLƏNİB

Tarix:31-07-2020, 19:40

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri-AZƏRBAYCANA GƏLDİ – FOTO-VİDEO – YENİLƏNİB


Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri “TurAz Qartalı-2020” birgə təlimlərində iştirak etmək üçün Azərbaycana gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarşılanma mərasimində çıxış edənlər təlimlərin Azərbaycanda təşkil olunmasının vacibliyini vurğulayaraq, bundan qürur hissi duyduqlarını bildirib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində iştirakçılara uğurlar arzulayıblar.

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri-AZƏRBAYCANA GƏLDİ – FOTO-VİDEO – YENİLƏNİB
“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri-AZƏRBAYCANA GƏLDİ – FOTO-VİDEO – YENİLƏNİB


13:11

***


İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.

Müdafiə Nazirliyi xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri-AZƏRBAYCANA GƏLDİ – FOTO-VİDEO – YENİLƏNİB
“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri-AZƏRBAYCANA GƏLDİ – FOTO-VİDEO – YENİLƏNİB



YeniAN.info

Oxunub: 250



XƏBƏR LENTİ