Son zamanlar Ermənistanın qoşunların təmas xəttində və dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirməsi ilə paralel olaraq düşmənin sosial şəbəkələrdə də təxribatçılıq fəaliyyətini gücləndirdiyi müşahidə edilir.
Xezerxeber.az xəbər verir ki, ermənilərin "fake" məlumatları yaymaq üçün sosial şəbəkələrdə istifadə etdikləri saxta profillərdə Azərbaycan əleyhinə əsassız və təxribat xarakterli informasiyalar yer alır. Belə ki, "etha15.com” adlı resurs guya suriyalı türkmənlərin Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə yerləşdirilməsi barədə saxta xəbər yayıb. Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan "asekose.am” adlı resursda da guya suriyalı türkmənlərin Ermənistan-Azərbaycan münaqişə bölgəsinə yerləşdirilməsi barədə təxribat xarakterli informasiya yerləşdirilib.
Düşmən tərəfinin Azərbaycana qarşı istər sosial şəbəkələrdə, istərsə də mənşəyi bəlli olmayan xarici KİV-lərdə yalan, çaşdırıcı məlumatlar paylaşılması mütəmadi qaydada davam etdirilir.
Hazırkı həssas dövrdə Azərbaycan vətəndaşlarının sosial şəbəkələrdə daha diqqətli olması məqsədilə təxribat xarakterli belə məlumatlar yayan səhifələrdən və KİV-lərdən bir neçəsini təqdim edirik.
YeniAN.info