“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli yüksəkliklər işğaldan azad olunub”.
YeniAN.info xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A.Eyvazov deyib ki, hazırkı məlumata görə, Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib: “Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb”.
YeniAN.info