Valyuta məzənnəsi

Ali Baş Komandan generallara öz təşəkkürünü bildirib

Tarix:4-10-2020, 22:00

Ali Baş Komandan generallara öz təşəkkürünü bildirib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün Birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

Prezidentin Mətbuat Xidmətinin məlumatına əsasən YeniAN.info bildirir ki, onlara tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar. Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.

Ali Baş Komandan generallara öz təşəkkürünü bildirib
Ali Baş Komandan generallara öz təşəkkürünü bildirib

YeniAN.info

Oxunub: 174



XƏBƏR LENTİ