Valyuta məzənnəsi

Azərbaycan Müdafiə Nazirliyinin BƏYANATI

Tarix:11-10-2020, 14:56


Azərbaycan Müdafiə Nazirliyinin BƏYANATI


Müdafiə Nazirliyi erməni terroru ilə bağlı bəyanat yayıb.

YeniAN.info bəyanatı təqdim edir:


"Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.

Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.

Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür."

YeniAN.info[/size

Oxunub: 225



XƏBƏR LENTİ