Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhərini raket atəşinə tutub.
YeniAN.info-nun Baş Prokurorluğa istinadən verdiyi məlumata görə, Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, yaralılar var.
YeniAN.info