Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniaAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 98 927 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 65 734 nəfər müalicə olunaraq sağalıb, 1194 nəfər vəfat edib, aktiv xəstə sayı 31 999 nəfərdir.
Ölkədə son sutka ərzində 14 354, hazırkı dövrədək isə 16 31 597 test aparılıb.
YeniAN.info