Valyuta məzənnəsi

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

Tarix:25-11-2020, 01:00

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub



Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Müdafiə Nazirliyinə istinadən YeniAN.info bildirir ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.


YeniAN.info

Oxunub: 189



XƏBƏR LENTİ