Valyuta məzənnəsi

1519 yoluxma, 45 ölüm...

Tarix:27-12-2020, 18:12

1519 yoluxma, 45 ölüm...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 214 711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168 971 nəfər müalicə olunaraq sağalıb, 2499 nəfər vəfat edib, aktiv xəstə sayı 43 241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 764, ötən müddət ərzində isə ümumilikdə 2 153 562 test aparılıb.


YeniAN.info

Oxunub: 208



XƏBƏR LENTİ