Valyuta məzənnəsi

Yoluxma sürətlə azalıb...

Tarix:8-02-2021, 22:14

Yoluxma sürətlə azalıb...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 198 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3161 nəfər vəfat edib, aktiv xəstə sayı 2689 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3567, ötən müddət ərzində isə ümumilikdə 2 456 650 test aparılıb.

YeniAN.info

Oxunub: 121



XƏBƏR LENTİ