Qərbi Azərbaycan İcması bu il mövcud pandemiya səbəbindən ənənəvi olaraq Ankarada təşkil etdiyi Xocalı soyqırımını anma toplantılarını onlayn keçirib.
YeniAN.info xəbər verir ki, təmsilçiliyin mətbuat sözçüsü Oktay Hacımusalının moderatorluğu ilə baş tutan toplantı əvvəlcə Azərbaycan və Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Toplantını giriş sözü ilə açan İcmanın Ankara təmsilçisi, araşdırmaçı -yazar Dr. Derya Akdemir geniş nitq söyləyib. Dr. Derya Akdemir iclas iştirakçılarına dünyada analoqu olmayan vəhşilik olan Xocalı Soyqırımı haqqında məlumat verib, eyni soyqırımı bir daha yaşanmamaq üçün etməli olduqlarımızı sadalayıb və bu tədbirin keçirilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə Qərbi Azərbaycan icmasının rəhbəri, millət vəkili Əziz Ələkbərliyə öz təşəkkürünü bildirib. Daha sonra araşdırmaçı yazar Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli Azərbaycan ordusunun tarixi torpaqlarımızı azad etməsindən məmnun olduğunu bildirib. Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Xocalı Soyqırımının Azərbaycan tarixindəki əhəmiyyətini vurğulayıb və bu soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün bir dövlət və millət olaraq işlərini davam etdirəcəklərini bildirib. Xocalı Soyqırımının qurbanlarını bu il qalib gələn bir dövlət kimi eyni coşğu və ciddiyyətlə bütün dünyaya təqdim edəcəklərini vurğulayıb. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, bu gün dəyişən dünya düzənində oxşar soyqırımların baş verməməsi üçün səy göstərməli olduğumuzu vurğulayıb və qırx dörd günlük qələbə ilə bölgəyə sülhün və sabitliyin gəldiyini vurğulayıb. Deputatlar Sadiq Qurbanov və İltizam Yusifov soyqırımı qurbanlarının xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağına diqqət çəkərək bu gün keçirilən görüşün iki qardaş ölkə arasındakı münasibətlərin inkişafındakı rolundan bəhs edibər. Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Mətbuat müşaviri Hüseyin Altınalan, qardaş Türkiyənin Azərbaycanın bütün ağrılarını paylaşdığını, Türkiyənin Xocalı soyqırımını hər zaman beynəlxalq arenada dilə gətirdiyini söyləyib və əlavə edib ki, rəsmi Ankaranın Bakını dəstəklədiyini söyləməyə ehtiyac belə ehtiyac yoxdur, çünki qardaş hər zaman qardaşının yanlnda olmalıdır.
Yenidən Rifah Partiyası sədrinin müavini Doğan Bekin, tarixdə ermənilərin törətdikləri soyqırımlara diqqət çəkərək bu soyqırımların ən dəhşətlisinin Xocalıda həyata keçirildiyini və bunu edənlərin ən yaxın tarixlərdə ədalət məhkəmələri qarısında oturacaqlarına inandığını söyləyib. Psixoloq Gülnar Cəfərova, bu Soyqırım zamanı insanların yaşadıqları travmalara elmi cəhətdən yaxınlaşmağın çətinliyindən və sonradan cəmiyyətə inteqrasiyalarının önəmindən bəhs edib. Bu insanların yaşadıqları müxtəlif travmaların gələcək üçün təhlükəli olduğunu söyləyən psixoloq, bu travmaların aradan qaldırılması istiqamətində aparılan işləri məmnuniyyətlə qarşıladıqlarını bildirib.
Azərbaycan Ombudsmanının əməkdaşı Azadə Novruzova, Qərbi Azərbaycan İcmasının sədr müavini Dr.Mirfaiq Mirheydərli, tarixçi Faiq Ələkbərli, siyasi şərhçi Azər Həsrət, jurnalist Bəxtiyar Məmmədov, Iğdır Universitetinin rektorluöuna namizəd, iqtisadçı alim Prof. Dr. Kerem Karabulut, yazıçı Eluca Atalı, alim Səadət Kərimi, şair Kəmaləddin Kalkan, çıxışlarında Xocalı şəhidlərinin müqəddəs ruhlarını hörmətlə xatırladıqlarını və bu soyqırımın yenidən baş verməməsi üçün hər zaman çalışacaqlarını və səy göstərəcəklərini bildiriblər və şanlı Azərbaycan ordusunun Qarabağda qazandığı qələbədən məmnuniyyətlərini dilə gətiriblər.
YeniAN.info