Valyuta məzənnəsi

İlham Əliyev Ukraynaya işgüzar səfərə gəlib

Tarix:14-01-2022, 13:00

İlham Əliyev Ukraynaya işgüzar səfərə gəlib

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gəlib.

YeniAN.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşıladılar.

İlham Əliyev Ukraynaya işgüzar səfərə gəlib
İlham Əliyev Ukraynaya işgüzar səfərə gəlib
İlham Əliyev Ukraynaya işgüzar səfərə gəlib

YeniAN.az

Oxunub: 133



XƏBƏR LENTİ