Valyuta məzənnəsi

Nə atası üzüləcək, nə anası... - Uşaq evindən ŞƏHADƏTƏ UCALAN İGİDİMİZ

Tarix:14-09-2022, 23:11

Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törədiblər. Lakin Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib. Sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. Azərbaycan tərəfinin səyləri nəticəsində atəşin dayandırılmasına nail olunub. Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

YENIAN.az xəbər verir ki, şəhidlərimizdən biri SOS uşaq evində böyüyən Səbuhi Əhmədovdur.

 

Yayılan məlumata əsasən, valideyn himayəsindən məhrum olan şəhidimizlə vida mərasimi bu gun 8:00-9 00 radələrində, SOS uşaq evində keçirilib.

Şəhidimizlə bərabər SOS Uşaq Kəndində böyüyən Kənan Nağıyevin nömrəsi +994 55 741 73 77.

Nə sualınız olsa, cavablandırmağa hazırdır.

Allah cəmi şəhid balalarımıza rəhmət eləsin!Nə atası üzüləcək, nə anası... - Uşaq evindən ŞƏHADƏTƏ UCALAN İGİDİMİZ

Oxunub: 95



XƏBƏR LENTİ