Valyuta məzənnəsi

“Azərbaycanın həyata keçirdiyi layihələr Gürcüstan iqtisadiyyatı üçün də böyük əhəmiyyət daşıyır” - RƏY

Tarix:24-10-2022, 20:29

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"Azərbaycanın həyata keçirdiyi layihələr Gürcüstanın iqtisadiyyatı və inkişafı üçün də böyük əhəmiyyət daşıyır”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

O bildirib ki, hazırda dünyada baş verən mürəkkəb tarixi proseslər kontekstində regional əməkdaşlıqlar mühüm əhəmiyyət kəsb edir:

"Azərbaycan həyata keçirdiyi çox mühüm regional və qlobal layihələrlə regional əməkdaşlıq üçün mühüm platforma yaradıb və bu kontekstdə Gürcüstan və Azərbaycan münasibətləri çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın enerji və nəqliyyat kommunikasiya layihələrinin hamısı Gürcüstan və qardaş Türkiyə üzərindən Avropaya doğru uzanır. Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinin səfərini çox yüksək qiymətləndirdiyini bəyan edərək bildirdi ki, Gürcüstan-Azərbaycan münasibətlərinin indiki səviyyəyə qalxmasında məhz Prezident İlham Əliyevin rolu böyükdür. Bu, əslində ötən illər ərzində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr və onların qonşu Gürcüstana gətirdiyi dividendlərə verilən qiymət idi”.

Deputatın sözlərinə görə, Azərbaycan qonşu ölkədə ən böyük sərmayə sahiblərindən biridir:

"Azərbaycan tərəfi təqribən üç milyard dollar məbləğində Gürcüstan iqtisadiyyatına sərmayə qoyub. Bu, qarşılıqlı maraqlar baxımından hər iki ölkənin iqtisadi münasibətlərinin daha da dərinləşməsinə gətirib çıxarıb. Hazırda Avropada baş verən qaz böhranı kontekstində Azərbaycanın qaz nəqli imkanları daha da artırılacaq. Bu da yenə Bakıdan başlamaqla Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri üzərindən Avropaya qaz nəqlinin artırılması deməkdir. Bu da özlüyündə tranzit ölkə kimi həm Gürcüstanın əhəmiyyətini artırır, həm də Azərbaycan arasında iqtisadi münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Ancaq biz bilirik ki, Azərbaycan önümüzdəki mərhələdə təkcə qaz yox, eyni zamanda yaşıl enerjinin ixracı marşrutlarını da müəyyən edir”.

H.Babaoğlu əlavə edib ki, Azərbaycanda istehsal olunan yaşıl enerjinin Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqli məsələsi bu gün aktualdır:

"Gürcüstan burada da tranzit ölkə rolunu oynayacaq. Eyni zamanda Azərbaycan Prezidenti qeyd etdi ki, biz önümüzdəki mərhələdə hazırda fəaliyyətdə olmayan Bakı-Tbilisi-Supsa neft boru kəmərini də işə sala bilərik. Vaxtilə bu kəmər mühüm əhəmiyyətli ixracat kəməri olmaqla Gürcüstan və Azərbaycan arasında əlavə iqtisadi münasibətlər üçün real platforma idi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsindən sonra bu kəmərin səmərəliliyi və effektivliyi aşağı düşdü. İranın karbohidrogen ehtiyatları böhranı kontekstində bu kəmərlə əlavə neft ixracatının dünyaya çatdırılması məsələsi də aktuallaşır. Bu da özlüyündə həm Azərbaycan, həm də Gürcüstana əlavə gəlirlər və dividendlər gətirəcək”.


Oxunub: 53



XƏBƏR LENTİ
İranda səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edildilər SƏRƏNCAM
Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib
Türkiyə səfiri Azərbaycana təşəkkür edib
Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verib
Vətəndaşların 150 min manatını mənimsəyən şəxslər həbs olundular
XİN: Tehrandakı terror hadisəsinin xronologiyası ilə bağlı qeyri-dəqiq şərhlərə yer verilib
Ayxan Hacızadə: İran polisi bu terror aktının qarşısını almayıb
Azərbaycan XİN: "İran polisinin müdaxilə etməməsi terror aktının əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir"
İsrail Türkiyəyə yardım göndərəcək
İlham Əliyevdən TAPŞIRIQ: Azərbaycandan Türkiyəyə ikinci yardım təyyarəsi yola düşəcək - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb .
Türkiyəyə ilk yardım təklifi Azərbaycandan gəldi
Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri varmı?
Türkiyədə zəlzələ bölgələrində təbii qaz verilişi dayandırıldı
İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Vətən üçün yaşanan ömür -Tural Hüseynov
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Sürücülərin nəzərinə: İcazə üçün 50 manatlıq rüsum tələb olunacaq