
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin
təşəbbüsü və təşkilatçılığı , eyni zamanda xryirsevr şəxslərin
sosialb
tərəfdaşlığı ilə 44 günlük vətən müharibəsinin ildönümünə həsr olunmuş
Vətən Müharibəsi Əlilləri və veteranlara mənəvi dəstək yönümlü
"Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib."Qayğıya ehtiyacı və
Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən xanım
Qəyyumlu, Boccia İdman Federasiyasının Vitse Prezidenti İlham
Məhərrəmov , Rusiyada yaşayan vətənpərvər, "Xan qızı Natavan" qrupunun
rəhbəri Könül xanım, QHT rəhbərləri, Şəhid ataları adından şəhid atası
Əli Nur, şəhid anaları adından şəhid anası Abdurrahmanova Mehriban
xanım, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri çıxış
ediblər. Çıxış edən hər kəs mənfur erməni vandalizminin törətdiyi
təxribatlardan və otuz il işğal altında qalan torpaqlarımızın azad
olunması üçün 27 sentyabr 2020 ci il tarixdə başlanılan əks hücüm
əməliyatları zamanı Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin
əmr və tapşırıqlarını yerinə yetirən rəşadətli Azərbaycan ordusunun
misilsiz hünərindən danışıblar. 44 gün davam edən vətən müharibəsi
zamanı Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərini , o
cümlədən Dağlıq Qarabağın bir hissəsini azad edib , Şuşaya bayraq
sancan qəhrəman oğullar işğalçı "Ermənistan" ordusunu sarsıdaraq
xalqımızın 30 illik yurd, torpaq həstərinə son qoyduğunu xüsusi
vurğulayıblar.Böyük qürurla deyə bilərik ki, əldə olunan, xalqımıza bəxş
edilən bu zəfərdə torpaqlarımız uğurunda qəhrəmancasına döyüşərək
Şəhidlik zirvəsinə ucalmış Şəhidlərimizin xatirəsini ehtiramla yad
etmək, vətən müharibəsi əlillərinə, veteranlara diqqət və qayğı
göstərmək, onları gələcək nəsillərə tanıtmaq hər birimizin
borcudur."Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai
Birliyin sədri Yasəmən xanım Qəyyumlu çıxışı zamanı vurğulayıb ki, biz
vətəndaş cəmiyyəti institutu olaraq, Azərbaycan Respublikasının
Prezidenti, Ali baş komandanı Cənab Prezident İlham Əliyevin xalqımza
zəfəri sevincini yaşadan , düşmənə layiqli zərbələr endirən, iki əsrin
sonunda tarixi yeniləyərək alınan torpaqların geri alınmasında böyük
qəhrəmanlıq göstərərək adlarını tarixə qızıl hərflərlə yazan şəhidlərə
vətən müharibəsi əlillərinə və veteranlara diqqət və qayğı yönümlü
uğurlu siyasəti davam etdirir, vətən, dövlət qarşısında borcumuzu
yerinə yetiririk.
Fərid Səfərov,
Birliyin mətbuat katibi

Oxunub: 48