Xezertv.info
xəbər verir ki, "Monte Karlo" şadlıq sarayında şəhid Abbasov Elvin
Səxavət oğlunun şəhadətə çatmasının 2-ci il dönümü qeyd olunub. Tədbirdə
şəhidin yaxınları, doğmaları, döyüş yoldaşları, tanınmış simalar,
Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və bir çox vətənpərvər
insanlar iştirak ediblər. Təntənəli mərasimin ərsəyə gəlməsində "Monte
Karlo" şadlıq sarayının rəhbərliyi və işçi kollektivinin böyük zəhməti
olmuşdur. Şəhidimizin ruhuna dualar oxunaraq, ehsan süfrəsi verilmişdir.
P.S.
Xüsusilə qeyd etmək istəyirik ki, "Monte Karlo" şadlıq sarayının
rəhbərliyi 10-larla bu cür şəhid tədbirlərinin təmənnasız olaraq təşkil
eymişdir. Bizdə redaksiyamızın adından zəhməti keçən hər bir kəsə dərin
təşəkkürümüzü bildiririk.
Xezertv.info