"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək"İctimai Birliyin
təşəbbüsü və vətənpərvər, xeyriyyəçi iş adamı Rəşad Mahmudovun böyük
dəstəyi ilə "UNUTMADIQ, UNUTMARIQ" adlı tədbir keçirilib. Tədbirin
təşkil olunmasında əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi uğrunda gedən döyüşlərdə canını vətən uğrunda qurban verən
şəhidlərin ailələri
və sağlamlığının bir qismini itirən qazilərlə görüşmək, onlara mənəvi dəstək göstərmək idi.
Tədbirdə iş adamları, ziyalılar, QHT rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər.
Tədbirin
başlanğıcında Azərbaycan və Türkiyə bayraqları təşkilatçılar və
qazilərin müşayiətilə meydana gəlib. Azərbaycan respublikasının dövlət
himni oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iş adamı və xeyriyyəçi Rəşad Mahmudov, "Qayğıya ehtiyacı və
Əlilliyi olan Şəxslərə Dəstək"İctimai Birliyin sədri Yasəmən xanım
Qəyyumlu, şəhid ataları, şəhid anaları, ziyalılar çıxış edərək 44 günlük
Vətən müharibəsində baş verənlərdən və Ali Baş Komandan Cənab Prezident
İlham Əliyevin apardığı uğurlu siyasətindən, igid oğullarımızın ölməz
qəhrəmanlığından danışıblar.
Birlik
sədri Yasəmən xanım Qəyyumlu çıxışında vurğulayıb ki, çiçəklənən və
müstəqil Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin mirası olan
suveren və azad Azərbaycan dövlətini layiqincə idarə edən, " nəyi nə
vaxt və necə etmək lazımdır" prinsipinə söykənən cənab Prezident İlham
Əliyevin xalq , dövlət qarşısında misilsiz xidmətlərindən danışıb. Və
hər kəsi prezidentin ətrafında sıx birləşməyə çağırıb.
Şəhidlərin şərəfinə açılan ehsan süfrəsi arxasında hər kəs şəhidlərin ruhuna dualar oxuyub, qazilərə can sağlığı arzulayıblar.
Sonda tədbirin əsas simvolu şəhidlərimizin şəkli əsl olunan tablo qarşısında hər kəs xatirə şəkli çəkdirib.
Xeyriyyəçi
iş adamı, tədbirin maddi dəstəkçisi Rəşad Mahmudov Birlik sədri Yasəmən
xanım Qəyyumlu tərəfindən təşkilati adından Fəxri Diplomla təltif
olunub.
Fərid Səfərov
Birliyin mətbuat katibi
