Kadrların
yerləşdirilməsi,peşəyə həvəsləndirmə ən əsasıda pedaqoqların əməyinin
qiymətləndirilməsi Təhsil Naziri cənab Emin Əmirullayevin xüsusi
diqqətindədir. Mütəmadi olaraq müəllimlərin peşə fəaliyyəti cənab
nazirimiz tərəfindən layiqincə qiymətləndirilir. Bu yaxınlarda bir çox
təhsil işçilərinin fəaliyyəti cənab Təhsi Naziri Emin Əmirullayev
tərəfindən qiynətləndirildi.
Bakı
Şəhəri Təhsil İdarəsində bununla bağlı xüsusi tədbir keçirilmişdir.
Tədbiri giriş sözüylə açan idarə rəhbəri xanım Mehriban Vəliyeva ilk
öncə Təhsilə göstərdiyi diqqət və qayğıya görə cənab prezidentə
minnətdarlığını bildirdi. Daha sonra nazirlik tərəfindən "Qabaqcıl
təhsil işçisi" döş nişanı və fəxri fərmanlarla tətif olunan müəllimlərə
öz təbriklərini bildirmiş onlara işlərində yeni uğurlar arzu etmişdir.
Tədbirdə təhsilin inkişafında xidmətlərinə və gənc nəslin
təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə təltif olunmuş 11
nəfər təhsil işçisinə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi”
döş nişanı, 17 nəfər təhsil işçisinə "Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edildi. "Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan təhsil
işçilərindən biri yeni riyaziyyat dərslik, müəllimlər üçün metodik
vəsaitlərinin və , iş dəftərlərinin həmmüəllifi, riyaziyyat üzrə fəlsəfə
doktoru 193 saylı məktəbin riyaziyyat və informatika müəllimi Günay
Ələkbər qızı Hüseynzadədir. Müəllimin şagirdləri müxtəlif müsabiqələrə
qoşulur və uğurlu nəticələr əldə edirlər.
Şagirdlər eyni zamanda tədris ili boyunca Avropa ölkələrindən olan
həmyaşıdları ilə yeni layihələrdə iştirak etməklə yeni bacarıqlar
qazanırlar. 2022-ci ildə Günay xanımın elmi rəhbərlik etdiyi layihə ilə
şagirdləri "Sabahın alimləri” müsabiqəsində "Kompüter elmləri
nominasiyası üzrə" Danışma məhdudiyyətli insanlar üçün hazırladıqları
"Mənim səsim ol” adlı mobil tətbiqlə 2-ci yerə layiq görülmüş və cənab
nazir Emin Əmrullayev tərəfindən təltif olunmuşdur. Günay Hüseynzadə
respublika riyaziyyat müəllimləri üçün riyaziyyat müəllimlərinin resurs
bazasına çevrilən hg-riyaziyyat-alemi.blogspot.com adlı bloq saytın
yaradıcısıdır. Bu sayt bir neçə il əvvəl ElektronTəhsil Respublika
müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.
Qloballaşma və texnoloji tərəqqi dövründə gələcək nəslin yeni bacarıqlara sahib olmasına ehtiyac yaranır. Bugün müəllim gələcək nəslin yetişdirilməsində əvəzsiz xidmət göstərir. Günay xanıma və peşəsinə vicdanla yanaşan, gələcək nəslin təlim tərbiyəsində yorulmadan çalışan bütün müəllimlərimizə bu şərəfli və məsuliyyətli yolda uğurlar arzu edirik.
Xezertv.info