QHT rəhbəri Yasəmən Qəyyumlu Şuşa- Xankəndi və Laçın dəhlizi istiqamətində keçirilən"Ekoloji terrora son" aksiyasında iştirak edib
Tarix:22-12-2022, 17:26
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin
sədri Yasəmən Qəyyumlu Şuşa-Xankəndi, Laçın dəhlizi istiqamətində
"Ekoloji terrora yox" deyək aksiyasında idarə heyəti ilə bərabər
iştirak edib. Şuşa-Xankəndi və Laçın dəhlizi istiqamətində azərbaycanlı
ekoloqların və bu sahə üzrə ixtisaslaşmış bir sıra QHT rəhbərlərinin
həmin əraziyə keçməsinə və monitorinq aparmalarına sülhməramlılar
tərəfindən imkan verilmədiyi üçün məhz bu cür dinc aksiyanın
keçirilməsinə başlanılıb. Günlərdir davam edən dinc aksiyada yüzlərlə
QHT rəhbərləri, nümayəndələri, mediya mənsubları və digər təmsilçilər
iştirak ediblər. Aksiya davam edir.
Vətəndaş
cəmiyyəti institu fəallarının iştirakı ilə keçirilən aksiyada mövcud
qanunvericiliyin tələblərinə uyğun olaraq, aksiya iştirakçıları öz
sözlərini deyir və müvafiq şüalarını səsləndirirlər. Aksiyanın
keçirilməsində əsas məqsəd otuz il ərzində əzəli və əbədi
torpaqlarımıza öz xain havadarları ilə birlikdə zərər vermuş insanların
çirkin niyyətlərini bilən xalqımız, xüsusilə QHT fəalları tərəfindən
ekoloji terrorun qarşısını almaqdır. Havanın hansı iqlim dəyişikliyindən
asılı olmayaraq, aksiya gecə-gündüz yüksək coşqu ilə həyata keçirilir.
Birlik
sədri Yasəmən Qəyyumlu bildirib ki, Şuşa-Xankəndi və Laçın dəhlizi
istiqamətində keçirilən bu aksiya çox önəmlidir. Çünki bu torpaqlar
şəhidlərin və qazilərin qanı, canı bahasına düşmən tapdağından azad
edilib. Bu gün də biz torpaqlarımıza, təbiətimizə yeraltı və yerüstü
sərvətlərimiza sahib çıxmalı və qorunmalıyıq.