"Qayğıya
ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri
Yasəmən Qəyyumlu və idarə heyəti bayram öncəsi "Ümid yeri uşaq
sığınacağı"nda yaşayan uşaqları ziyarət ediblər.
Məqsəd
sığınacaqda yaşayan valideyn himayəsindən məhrum olan uşaqlara mənəvi
dəstək olmaq və bayram sevincini onlarla birlikdə yaşamaq idi.
"Qayğıya
ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü
və təşkilatçılığı ilə təşkil olunan tədbirdə çıxış edən Ümid yeri uşaq
sığınacağı evinin rəhbəri Nigar xanım, Birlik sədri Yasəmən Qəyyumlu,
Birliyin idarə heyətinin üzvləri Kifayət Cəfərova , Püstə Hüseynova və
Günay Beybutova çıxış edərək, uşaqları 31 Dekabr Dünya
Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə
təbrik edib, onlara xoşbəxt gələcək arzulayıblar.
Uşaqlara şəhid ailələri adından müxtəlif cür geyimlər, Birlik adından bayram hədiyyələri təqdim olunub.
Fərid Səfərov
Birliyin mətbuat katibi