Görüşün
əsas məqsəd İsmayıllı rayonunda dəfn olunan, Azərbaycanın ərazi
bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğulların xatirəsini yad
etmək, onların bizə əmanətləri olan ailələrini ziyarət etmək idi.
Tədbirdə
İsmayıllı rayon İcra hakimiyyətinin nümayəndələri Nəsimi Teymurov,
Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə iş şöbəsinin baş
məsləhətçisi Əfqan Səlimov , "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə
Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və idarə heyəti, şəhid
ailələri, qazilər , veteranlar, rayon ziyalıları iştirak ediblər.
Görüşü
giriş sözü ilə açan Birlik sədri Yasəmən Qəyyumlu tədbir
iştirakçılarını salamlayaraq, bu görüşün baş tutması üçün rayon
rəhbərliyinə və əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. Bundan
əlavə çıxış edən tədbir iştirakçıları Nəsimi Teymurov, Birliyin
İsmayıllı rayon üzrə nümayəndəlik sədri Kifayət Cəfərova, nümayəndəlik
üzrə sədr müavini Günay Beybutova, şəhid ailələri Azərbaycan
Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin əmri
ilə
torpaqlarımızın
azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan
igidlərimizin mənfur düşmən üzərində böyük uğurundan, tarixə düşən
unudulmaz qələbədən danışıblar.
Tədbirdə Kifayət Cəfərova və Günay Beybutovaya nümayəndəliyi təmsil edən vəsiqələr verilib.
Bütün şəhid ailələrinə Birlik adından qələbəmizi əks etdirən "Zəfər Diplomu" təqdim olunub.
Görüşdən
razı qalan tədbir iştirakçıları Birliyin sədri Yasəmən Qəyyumluya və
əməyi keçən hər kəsə təşəkkür bildiriblər. Tədbirin sonunda xatirə
fotosu çəkilib.
Fərid Səfərov
Birliyin mətbuat katibi