Valyuta məzənnəsi

Sürücülərin nəzərinə: İcazə üçün 50 manatlıq rüsum tələb olunacaq

Tarix:30-01-2023, 23:30

Yollarda çoxtonnajlı nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq.

"YeniAN.az-in xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Təklif edilən dəyişikliyə əsasən, ümumu istifadədə olan avtomobil yolları ilə iriqabaritli və çoxtonnajlı nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib.

Layihəyə görə, bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.Sürücülərin nəzərinə: İcazə üçün 50 manatlıq rüsum tələb olunacaq

Oxunub: 69



XƏBƏR LENTİ