Valyuta məzənnəsi

Heydər Əliyev Mərkəzinə ekskursiya həyata keçirildi - FOTOLAR

Tarix:27-03-2023, 18:24

"Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya həyata keçirilib.
 
YeniAN.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən ekskursiyada 25 gənc ödənişsiz şəkildə iştirak edib.
 
"Heydər Əliyev İli” çərçivəsində baş tutan bu gəzintinin əsas məqsədi gənclərimizə dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha çox aşılamaq və xatırlatmaq idi.
 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv eEkskursiya zamanı gənclər bələdçi ilə birlikdə Heydər Əliyev Mərkəzi ilə yaxından tanış oldular və Mərkəzin daxilində yerləşən sərgini gəzib, Ulu Öndər Heydər Əliyevin həyatı haqqında maraqlı faktları dərindən öyrəndilər.
 
Ekskursiya zamanı bir çox maraqlı fotolar çəkilib.
 

 

 

 

 

 

 

 

Oxunub: 175



XƏBƏR LENTİ