Valyuta məzənnəsi

Azərbaycan Ordusunun tank bölmələri döyüşə hazırdır

Tarix:28-03-2023, 12:49

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

MN-dən YeniAN.az-a verilən məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.Rusiya Azərbaycan Ordusunun təcrübəsindən yararlana bilərdi...

Oxunub: 110



XƏBƏR LENTİ