Valyuta məzənnəsi

“Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” konfransı keçirilir

Tarix:5-05-2023, 10:46

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb.

YeniAN.az xəbər verir ki, "Turizm və rekreasiya XXI əsrdə: Problemlər və perspektivlər” adlı VI beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın turizm ehtiyatlarının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini, dünya turizm bazarında ölkəmizin yerini, turizm təhsili sahəsində mövcud problemləri araşdırmaqdan, bu sahədə tədqiqat aparan elm adamları ilə mövcud əməkdaşlığı genişləndirmək ibarətdir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev videomüraciəti zamanı payız aylarında Ümummilli liderin 100 illiyinə həsr olunmuş turizm sammitinin keçiriləcəyini, həmçinin il ərzində bu kimi silsilə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxışı zamanı ölkə turizminin inkişafı ilə paralel olaraq turizm təhsilli kadrların yetişdirilməsinin vacibliyinə toxunub, dövlətin dəstəyi və qayğısı ilə turizm təhsilinin artıq yalnız peşə təhsili deyil, ali təhsildə də müstəqil bir sahə olaraq inkişaf etdiyini qeyd edib.

Hazırda təhsil ocağında 3 fakültə və 8 kafedra üzrə ümumilikdə 2083 tələbənin təhsil aldığını vurğulayan İlham Mədətov turizm sənaysi üçün keyfiyyətli kadrların hazırlanması istiqamətində universitetin aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Mayın 6-da işini yekunlaşdıracaq konfransda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən ümumilikdə 105 tədqiqatçı məruzəçi qismində iştirak edir.

Oxunub: 24



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO