Valyuta məzənnəsi

M Ü B A R İ Z

Tarix:18-06-2023, 11:01

 
18 iyun - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım Günüdür. Şəhidimizi ehtiramla, rəhmətlə yad edir və illər öncə yazdığım ithaf şeirimi qutsal xatirəsinə salam olaraq dilə gətirir, ruhuna duatək pıçıldayıram:

 

M Ü B A R İ Z

 

Düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuş şəhid gizirimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndinində oldum və valideyinlərini ziyarət etdim. Şəhid atası - əli dəstəmazlı, ağzı dualı, qəlbi imanlı Ağakərim kişi ilə sohbətimizdə oğlunun şəhid olduğu gün sübh namazını "birgə” qıldıqlarını söylədi... Bu ilahi hikmətin, həqiqətin işiğında deyirəm: Alllah ibadətinizi qəbul eləsin. Məqamın mübarək, Mübariz!

 

 

 

Ağakərim ata, Şamama ana

Oğul bəxş etdilər Azərbaycana.

Şəhid şərəfiylə dönüb dastana,

Xalqın iftixarı oldu Mübariz.

 

 

 

Böyük Qələbəyə olaraq əmin,

Dünyaya göstərdi öz milli Mənin.

Şərəfsiz dediyi yağı düşmənin

Canına vəlvələ saldı Mübariz.

 

 

 

Güc aldı Mübariz torpaqdan, haqdan,

Üzüağ çıxaraq ülvi sınaqdan.

Neçə qəsbkarı tapdaq torpaqdan

Alaq otu kimi yoldu Mübariz.

 

 

 

"Yolum şəhidlikdirdir” - eylədi bəyan,

Təki qalib olsun qoy Azərbaycan,

Üç rəngli bayrağa fəda etdi can,

Qəhrəman adını aldı Mübariz.

 

 

 

Döyüşçü arzusu olacaqmı çin?

Xocalı sızlatdı hey için-için...

Torpaq yanğısını söndürmək üçün

Qara bulud kimi doldu Mübariz!

 

 

 

Vətən köynəyindən keçdi Mübariz,

Andını Vətənə içdi Mübariz,

Öz zəfər yolunu seçdi Mübariz,

Əsir topaqlara yoldu Mübariz!

Düşməni sarsıdan qoldu Mübariz!

 

 

 

02.09.2010

✒️Tapdıq ƏLİBƏYLİ

 

Oxunub: 99



XƏBƏR LENTİ