Azərbaycan Respublikasında səfərdə olan
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm
Minnixanov iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli
Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.