Valyuta məzənnəsi

AZƏRBAYCAN ORDUSU GÜNÜ - 105

Tarix:26-06-2023, 10:50

Şəhidlərimizin ruhu, qalib qazilərimizin əzmi  hopmuş Zəfərlə dalğalanan şanlı Bayrağımızın şöləsində Sizi Bütöv Azərbaycan inamı ilə  təbrik edirəm!     
              ☀️ƏSGƏR - ƏN MÖTƏBƏR

Dan yeri gözündə sökülən əsgər -
Zülməti yenməyə hər an səfərbər!
Döyüş meydanında adı müzəffər,
Şəhiddir, qazidir! O, ən mötəbər!..

Qarabağda döğan zəfər günəşi -
Bayraq şöləsində əsgər gülüşü...
"44 Gün” dəyişdi haqsız gərdişi,
Üfüqlər seyr edir yurda dönüşü...

Savaşda əsgərin sinəsi səngər ...
Silindi təqvimdən tünd qara rəglər.
Yağılar bağrına yağdı güllələr,
Qaliblər başına səpildi güllər...
          ✍️Tapdıq ƏLİBƏYLİ

Oxunub: 61



XƏBƏR LENTİ