Valyuta məzənnəsi

Azərbaycanın bir güləşçisi Avropa çempionu olub, üçü bürünc medal qazanıb

Tarix:2-07-2023, 12:06

Azərbaycanın sərbəst güləşçisi Zəfər Əliyev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Obyektivxeber.info xəbər verir ki, 97 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə slovakiyalı Adam Jaksiklə qarşılaşıb.

Rəqibinə 12:5 hesabı ilə qalib gələn Əliyev qitə üçüncüsü olub.

21:33

Azərbaycanın daha bir sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında medal qazanıb.

Obyektivxeber.info xəbər verir ki, 79 kq-da çıxış edən Sadiq Mustafazadə 3-cü yer uğrunda görüşdə türkiyəli Bekir Talib Öveclə üz-üzə gəlib.

Qarşılaşmadan 10:0 hesabı ilə qalib ayrılan Azərbaycan idmançısı bürünc mükafata sahib çıxıb.

20:26

Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Obyektivxeber.info xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar.

20:21

Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.

Obyektivxeber.info-ın məlumatına görə, 61 kq çəki dərəcəsində mübarizə aparan Ceyhun Allahverdiyev və 125 kq-da yarışan Yusif Dursunov həlledici görüşə vəsiqə qazanıblar.

Onlar yarımfinalda müvafiq olaraq ispaniyalı Mark Alvaresə (11:0) və ukraynalı Vladimir Koçanova (4:0) qalib gəliblər.

Finalda Allahverdiyev ermənistanlı Levik Mikayelyan, Dursunov isə türkiyəli Hakan Büyükccingillə qarşılaşacaq.

 

Bizimlə əlaqə saxlayın

Oxunub: 55



XƏBƏR LENTİ