Son vaxtlar sisial şəbəkələrdə vətəndaşlara onlayn kredit vermək adı
ilə dələduzluq halları surətlə artmaqdadır. Bu fırıkdaqçı-dəlıduzlar
törətdukləri cinayər əməli ilə onsuz da sosial durumları ağır olan,
ehtiyac və sıxıntı içərisində yaşayan vətəndaşlarımızın maddi durumunu
daha da ağırlaşdırıb, dözülməz hala gətirirlər. Biz bu barədə
Azərbaycan
Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Dövlət
Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Azərbaycan
Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi cənab Əbülfət Rzayevə
müraciət edirik.
Məlumat
üçün bildiririk ki, bir qrup fırıldaqçı ünsürlər toplaşaraq, sosial
şəbəkələr - whatsapp üzərindən özlərinə "Kredit Bərpa", "Azərbaycan
Mikro-kredit" və s. adları aktında saxta onlayn kredit profilləri
açaraq, vətəndaşlara güya bir neçə dəqiqə ərzində, sadə şərtlər əsasında
istədikləri məbləğdə kredit verəcəkləri vədləri verərək, insanlarımızı
aldatmaqla məşğuldurlar. Bunun üçün də müxtəlif məbləğdə rüsumlar tələb
edirlər, 80, 50, 35 manat və s. Vətəndaşlara müxtəlif marketlərdə,
pulsuz paylanan, ada keçməyən kapital bank kartlarının hesab
nömrələrini: 4169 7388 8189 4699, 4169 7388 7892 7149, 4169 7388
8040 6958 və s. nömrəli kaoital bank kartlarına bu rüsumları
ödətdirərək, öz "qurbanlarına" bir neçə dəqiqədə hesablarına lazım olan
kredit miqdarını köçürəcəklərini deyərək, həmin müştərinin nömrəsini
blok edirlər. Bu dələduzlar 050 494 40 32, 055 263 88 27 və s.nömrəli
mobil telefon istifadəçiləri artıq "peşəkar " fəaliyyətdədirlər.
Bunların bəziləri ya öz ad və soyadlarını gizlədir, bəziləri isə
özlərini təqdim edirlər- doğru ya yalan, bunu əlbətdəki istintaq müəyyən
edəcəkdir. Bu dələduzlar elə zənn edirlər ki, Azərbaycan hüquq mühafizə
orqanları onları tapıb, ifşa edib müttəhimlər kürsüsündə əyləşdirə
bilməyəcəklər, əsla yanılırlar. Heç bir cinayət cəzasız qalmır. 055 263
88 27 nömrəli mobil telefon nömrəsinin whatsappında yaradılmış saxta
"Azərbaycan Mikro Kredit" profilinfdən özünü Hacıyeva Aytac Vüqar qızı
kimi təqdim edən dələduz - fırıldaqçı hətta müştərini inandırmaq üçün
şəxsiyyət vəsiqəsinin surətini belə göndərmişdir.
055
263 88 27 mobil nömrənin whatsapp- ında yaradılmış saxta " Azərbaycan
Mikro Kredit" profilinfdən özünü mikro kredit mütəxəssisi kimi təqdim
edən, Azərbaycan dilində səlis danışa bilməyən, dili söz tutmayan
Səfərov Altay adıyla ınsanları aldadaraq, onları daha da çətin, çıxılmaz
duruma salan bu dələduzun canfəşanlığı insanda daha da ikrah hissi
yaradır. 050 494 40 32 mobil telefon nömrəsinin whatsapp-ında yaradılan
"Kredit Bərpa" saxta ktedit profili də eyni qaydada vətəndaşlarımızı
aldadaraq dələduzluq edirlır. Hüquq mühafizə orqanlarına müraciət edərək
xahişimi təmin eləsinlər, bu dələduzların cinayətkar əmməllərinə son
qoyaraq, onları məsuliyyətə cəlb edilmələrini xahiş edirik.
Vətəndaşlara
isə müraciət edərək, bildiririk ki, sosial şəbəkələrdə reklam olunan
heç bir onlayn kredit profillərinə inanmasınlar, onlar fırıldaqçı və
dələduzdurlar, cinayətkardırlar. Bu dələduzların qurbanlarına çevrilən
bütün vətəndaşlara tövsiyyə edirik ki, yaşadığınız ərazi üzrə polis
bölmələrinə yaxınlaşıb, müraciət edin, imkan verməyin ki, hər hansı bir
cinayətkar ünsürlər sizi aldatmasınlar.
Mövzunu nəzarətdə saxlayaraq, araşdırmalarımız davam edir.
Teqdimattv.info.az