"Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək”
İctimai Birliyin icraçı direktoru professor, psixologiya üzrə fəlsəfə doktoru,
həkim estetik və rekonstruktiv cərrah, vətənpərvər insan Mirəzim Zaidov
Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər akademiyasının elmi şurasının qərarı ilə akademiyanın həqiqi
üzvü seçilib və Fəxri professor elmi dərəcəsinə layiq görülüb. Tibb sahəsində xidmətlərinə görə Akademiyanın qızıl medalı ilə təltif
olunub. Eyni zamanda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının təqdimatına əsasən Almaniyanın Hanover şəhərində fəaliyyət
göstərən Avropa təbiət elmləri akademiyası rəyasət heyətinin qərarıyla
"Hippokrat" ordeni ilə təltif edilib.
Səmimiyyəti və alicənablığı ilə seçilən Mirəziz Zaidova gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.
Fərid Səfərov
Birliyin Baş katibi