Vətən qaladır. Qalanı ucalıq
mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin
qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların
ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin
işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir,
şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Şərait
qəhrəmanlar yaradır, qəhrəmanlar isə qanları ilə tarix yazırlar. Vətən
sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan
Mübariz İbrahimov kimi.
Vətən
sevdalısı igidlərimizin adı vətənimizin hər bir guşəsində
əbədiləşdirilir. Onların oxuduqları məktəblərə, yaşadıqları küçələrə
adları verilir. Bəzən bir məktəbin ayrı-ayrı sinifləri qəhrəmanların
adlarını əks etdirir. Nəticədə həm qəhrəmanlarımızın adları daim
yaşayır, həm də bu siniflərdə oxuyan uşaqlar bu igidlərə bənzəməyə
çalışır, öz davranışlarında daha ciddi olur, bu sinifdə oxumağa layiq
olduqlarını isbat etməyə çalışırlar.
Bakının
Qala qəsəbəsində əhalinin istifadəsinə verilmiş Ramiz Qasımovun adını
daşıyan 216 saylı məktəbin Milli Qəhrəman Mübariz İbrahimovun adını
daşıyan 4B sinfinin şagirdləri də bu ənənəyə sadiqdirlər. Həm yaxşı
oxuyur, həm davranışları ilə digərlərindən seçilir, həm də tez-tez
qəhrəmanın evində olur, valideynləri ilə görüşür, onları sevindirirlər.
07.02.2023-сü il tarixində də öz şücaəti, cəsurluğu, igidliyi,
mərdliyi ilə dünyaya səs salan Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun doğum günüdür. Bu səbəblə 4b sinif şagirdləri öz sinif
müəllimləri, davranışları, şagirdlərə münasibəti, savadı ilə
başqalarından seçilən Gülbəniz Əsgərovanın və valideynlərin
təşkilatçılığı ilə 29 yanvar 2023-cü il tarixində tədris ilinin birinci
yarımil tətilində Qəhrəmanın Biləsuvar rayonunda yerləşən ev-muzeyini
ziyarət etdilər. Ziyarətin əsas məqsədi şagirdlərə vətənpərvərlik
hissini aşılamaq, qəhrəmanlarımızın həyatı və döyüş yolunu daha yaxından
şagirdlərə tanıtmaqdan ibarət idi. Şagirdlər ziyarət zamanı qəhrəmanın
ev muzeyində olan bütün əşyalarını, sənədlərini, ondan qalan xatirə
şəkillərini maraqla seyr etdilər, qəhrəmanı boya-başa çatdıran
valideynləri: atası Ağakərim müəllim və anası Şamama xanımla görüşdülər.
Maraqlı
və qürurverici söhbətlər apardılar. Qəhrəmanın valideynlərinə yazdığı
son məktubunu böyük maraqla oxudular həm kədərləndilər, həm
qürurlandılar. Qəhrəmanın şərəfinə şeirlər söylədilər. Biləsuvar
rayonunda qəhrəmanın adının verildiyi lisey-məktəbi ziyarət etdilər. Bu
ziyarət şagirdlər üçün həm qürurverici oldu, həm də maraqlı anlarla
yadda qaldı.
Mübariz İbrahimov Azərbaycan xalqııının qəhrəmanlıq rəmzlərindən: minlərdən, milyonlardan biridir!