Valyuta məzənnəsi

Hikmət Hacıyev: “Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil”

Tarix:16-09-2023, 11:52

"Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil”.

Obyektivxeber.info-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hazırda Azərbaycanla Ermənistan arasında müşahidə edilən gərgin vəziyyəti şərh edərkən bildirib.

O, Azərbaycan və Ermənistan arasında Azərbaycanın təklif etdiyi və Ermənistanın qəbul etdiyi beş əsas prinsip əsasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar aparıldığını xatırladıb.

"İki ölkənin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəlik bu prinsiplərin təməl daşıdır. Təəssüf ki, son vaxtlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, o cümlədən Ermənistanın baş nazirinin 2 sentyabr tarixində Qarabağdakı tanınmamış qanunsuz rejimə "müstəqillik günü” münasibəti ilə təbriki sülh prosesinə ciddi ziyan vurub”.

Prezidentin köməkçisi Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün deklarativ şəkildə tanınmasına baxmayaraq, faktiki olaraq, İrəvanın Ermənistanın dövlət büdcəsindən Azərbaycan ərazisində qanunsuz separatçı xuntanı, o cümlədən, əsasən, Qarabağdakı Ermənistan silahlı qüvvələrindən ibarət silahlı birləşmələri maliyyələşdirməkdə davam etdiyini vurğulayıb.

"Qarabağda Ermənistanın körüklədiyi "boz zona”nın bütün perimetri boyu erməni qeyri-qanuni silahlı dəstələri bizim ərazilərimizi kütləvi şəkildə minalayırlar - sanki 2020-ci ilə qədər Ermənistanın torpaqlarımıza qoyduğu bir milyondan çox mina onlara bəs etməyib. Demək olar ki, Ermənistan azərbaycanlılara qarşı minalardan kütləvi qırğın silahı kimi istifadə edir - yalnız 2020-ci ildə 44 günlük müharibədən sonrakı dövrdə 300-dən çox vətəndaşımız terrorun qurbanı olub.

Digər ciddi təxribat isə Xankəndidə qanunsuz rejim tərəfindən sentyabrın 9-da qondarma prezident seçkisinin keçirilməsidir. Həm Azərbaycan qanunvericiliyini, həm də beynəlxalq hüquq normalarını kobud şəkildə pozan bu seçkinin mütləq qanunsuz və qeyri-legitim olduğunu BMT başda olmaqla, bütün beynəlxalq ictimaiyyət, eləcə də region ölkələri bir daha təsdiqləyiblər. Ermənistan silahlı qüvvələrinin sərhəddə və Qarabağda hərbi təxribatlarının və diversiyalarının tez-tez baş verməsi  bizi narahat edir”, - deyə o vurğulayıb.

H.Hacıyev, buna baxmayaraq, Azərbaycanın sülh prosesinə sadiq olduğunu və Ermənistanın konstruktiv danışıqlar yoluna qayıtmasını gözlədiyini qeyd edib:

"Biz Ermənistan rəhbərliyini Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin dövlətimizə reinteqrasiyası prosesinə mane olmamağa və ölkəmizin suverenliyinə xələl gətirməyə çalışmamağa çağırırıq”.

Oxunub: 8



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib