Valyuta məzənnəsi

Rusiyada Hökumət Evində maska ​​rejimi tətbiq olundu

Tarix:17-09-2023, 11:16

Qrip və koronavirusa yoluxma hallarının mövsümi artımı ilə əlaqədar Rusiya Federasiyasının Hökumət Evində maska ​​rejimi və digər qabaqlayıcı tədbirlər müvəqqəti olaraq tətbiq edilib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat yayılıb.

"Hökumət Evinin ərazisində müvəqqəti olaraq əlavə profilaktik tədbirlər, o cümlədən maska ​​rejimi tətbiq edilir. Qərar kəskin respirator viruslar, qrip və COVID-19-a yoluxma hallarının mövsümi artımı ilə əlaqədar qəbul olunub”, - məlumatda bildirilib.

Mənbə: TASS

Oxunub: 118



XƏBƏR LENTİ