Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahəsi
Sumqayıta verilir.
YeniAN.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında
müzakirəyə çıxarılan
"Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun
sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə
ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 hektar,
Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar
torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.