Valyuta məzənnəsi

Ceyhun Bayramov və Britaniya XİN rəhbəri Ermənistanla normallaşma prosesini müzakirə edib

Tarix:17-10-2023, 15:49

Ceyhun Bayramov və Britaniya XİN rəhbəri Ermənistanla normallaşma prosesini müzakirə edib

17 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının

xarici işlər naziri Ceyhun Bayramov

ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi

Ceyms Kleverli arasında telefon danışığı baş tutub.

XİN-dən YeniAN.az -a verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında

əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan

və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı durumu müzakirə olunub.

Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət barədə ətraflı məlumat verərək,

Qarabağ bölgəsində tərəfimizdən aparılan lokal anti-terror tədbirləri nəticəsində regionda

sülh quruculuğu və sabitliyə davamlı təhdid törədən qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğunu bildirib.

Ərazilərimizdəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah edilməsi nəticəsində erməni sakinlərin

cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran maneələrin aradan qaldırıldığı,

bu xüsusda, Azərbaycan Hökumətinin erməni sakinlərin sosial, humanitar,

infrastruktur ilə bağlı ehtiyaclarının qarşılanması istiqamətində yerli erməni sakinlərin nümayəndələri ilə təmasda olduğu, bu istiqamətdə baxış və planlarımızın açıqlandığı və

sözügedən planların həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi

diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin 30 ilə yaxın davam edən münaqişənin bitməsi,

habelə bölgədə sülh və təhlükəsizliyə real təhdid olan erməni silahlı qüvvələrin aradan qaldırılmasından sonra sülh üçün yaranmış tarixi imkanlara xələl gətirən,

ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn addımların sülh səylərinə töhfə vermədiyi,

bu xüsusda beynəlxalq ictimaiyyətin konstruktiv yanaşmasının hərzamankından

daha vacib olduğu qeyd edilib.

Dövlət katibi Ceyms Kleverli, bölgədə sülh və etimad quruculuğu səylərinin

davam etdirilməsinin, bu xüsusda Azərbaycan və Ermənistan arasında sülh və

normallaşma gündəliyi üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı gedişatında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında

fikir mübadiləsi aparılıb.

Oxunub: 68



XƏBƏR LENTİ