Oktyabr ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə baş çəkib.
YeniAN.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
İ.Hüseynova qeyd edib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib:
"Ailələri ilə əlaqələri yaradılıb. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır, müzakirə edilir”.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçı rejimiə rəhbərlik etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri” David Babayan, eləcə də "parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.