Valyuta məzənnəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib

Tarix:25-03-2024, 19:40

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib – Medianews

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

YeniAN.az xəbər verir ki, Dövlətimizin başçısı "Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu qeyd edib.

Rusiya Prezidenti başsağlığına və göstərilən həmrəyliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları gələcəkdə də terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.

Oxunub: 182



XƏBƏR LENTİ
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir HİKMƏT HACIYEV
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı
"Kliniki ölüm keçirtdim" - Natavan Həbibi
“Microsoft”a görə ABŞ-də ləğv edilən uçuşların sayı 2,3 mini keçdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
FTX Yessentukidə terror aktının qarşısını alıb
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq...
Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Berlin hava limanında uçuşlar dayandırılıb
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
lham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib