Valyuta məzənnəsi

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb

Tarix:15-04-2024, 10:08

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü - YENİLƏNİB - 32gun.az

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

YeniAN.az  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan və Özbəkistan xalqları arasında etnik, tarixi, mədəni və dini köklərə əsaslanan iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə iki ölkə arasında müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb

Tərəflər ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq və regional platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini məmnunluqla vurğulayaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaşlıq və həmrəyliyə əsaslanan əməkdaşlığın daha da şaxələndirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə qardaş Özbəkistanın töhfəsinin, Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəbin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Nazirlər, həmçinin iki ölkə XİN-ləri arasında məsləhətləşmə mexanizminin işinin intensivləşməsinin, müqavilə-hüquq bazasının daha da genişlənməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxunub: 93



XƏBƏR LENTİ
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir HİKMƏT HACIYEV
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı
"Kliniki ölüm keçirtdim" - Natavan Həbibi
“Microsoft”a görə ABŞ-də ləğv edilən uçuşların sayı 2,3 mini keçdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
FTX Yessentukidə terror aktının qarşısını alıb
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq...
Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Berlin hava limanında uçuşlar dayandırılıb
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
lham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib