Valyuta məzənnəsi

Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü olub

Tarix:19-05-2024, 17:21

Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü olub

Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Dövlətimizin başçısını salamlayan İran Prezidenti Seyid İbrahim Rəisi dedi: Allahın adı ilə. Cənab Prezident, çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazırda biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edəcəyik. Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev dedi: Hörmətli cənab Prezident, mən hesab edirəm ki, bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq. İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir. Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə uğura doğru növbəti addım olacaq. Əminəm ki, gələcəkdə buna oxşar birgə layihələrin sayı çox olacaqdır.

 

Oxunub: 153



XƏBƏR LENTİ
Kalmıkiyanın Elista şəhərində " Afrika günü " festivalı keçirilib.
Türkiyədə hərbi təyyarə qəzaya uğradı: pilotlar həlak oldu
Bakıda özünü binadan atan şəxs komendantın üstünə düşdü, hər ikisi öldü
Moskvada yaşayan keçmiş DTK sədri Vaqif Hüseynov VƏFAT ETDİ
Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir
Ədliyyə Nazirliyinin strukturu dəyişib
Bu da Qarabağ Universitetinin yataqxanası
Siyəzəndə Birinci Qarabağ müharibəsinin şəhidi Rüfət Cabbarov dəfn edilib - FOTO
Bakının bu küçəsinin bir hissəsində aparılan təmir yekunlaşıb - FOTO
DSX: Qazaxın azad edilmiş kəndlərində dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə təşkil olunur - FOTO
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib
İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib
Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - ÖLƏN VAR
Ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri başlayır
Latviya parlamentinin sədri Şuşaya səfər edib
İran Prezidentini aparan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
Bakıda avtobuslar toqquşdu - Yaralılar var
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib