Valyuta məzənnəsi

Prezident İlham Əliyev Şimali Qafqazın müftisi İsmayıl Berdiyevin vəfatı ilə əlaqədar başsağlığı verib

Tarix:7-08-2024, 20:00

Prezident İlham Əliyev Şimali Qafqazın müftisi İsmayıl Berdiyevin vəfatı ilə əlaqədar başsağlığı verib

 

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin vəfatı ilə əlaqədar doğmalarına və yaxınlarına başsağlığı verib.

Başsağlığında deyilir:

"Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Əliyeviç Berdiyevin vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşıladım.

 

Hacı İsmayıl Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına sanballı töhfə verib. Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində çoxillik məhsuldar fəaliyyətinə görə o, Azərbaycan Respublikasının "Dostluq” ordeni ilə təltif edilib.

Hacı İsmayılın dini dözümlülük və tolerantlıq, dinlərarası və sivilizasiyalararası dialoqun dərinləşdirilməsinin inkişafı istiqamətində geniş dini fəaliyyəti ona təkcə öz ölkəsində deyil, onun hüdudlarından kənarda da dərin hörmət qazandırıb.

Hacı İsmayıl ilə görüşləri və söhbətləri, xüsusən bu ilin mayında Bakıdakı sonuncu görüşü həmişə böyük səmimiyyətlə xatırlayıram. İsmayıl Əliyeviçin nurlu xatirəsi qəlblərimizdə daim yaşayacaq.

Sizə səmimi-qəlbdən başsağlığı verir və bu ağır itki ilə əlaqədar ağrı-acınızı bölüşür, sizinlə birlikdə kədərlənirəm.

Allah rəhmət eləsin!"

Oxunub: 196



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə