Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan
cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin
Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi,
kapitan Həsənov Ülvi Bəxtiyar oğluna Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər
maddələri ilə ittiham elan edilib, Hərbi Prokurorluğun təqdimatına əsasən,
Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə YeniAN.az-a hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun
Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq
bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və
əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.