Valyuta məzənnəsi

Azərbaycanda SUYUN qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Tarix:11-10-2024, 15:11

Natiq Cəfərli:

 

Azərbaycanda suyun tarifləri diferensiallaşdırılacaq. Bu, "Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya"da əksini tapıb.
Tarif şurası suyun qiymətinə yenidən baxacaq. Suyun qiyməti bahalaşacaqmı? Elə olduğu halda bunun mənfi və müsbət tərəfləri nədən ibarət olacaq?

YeniAN.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli açiqlama verib.

O, açıqlamasında suyun bahalaşdığı təqdirdə bunun digər bizneslərdə də qiymət yüksəlişinə səbəb olacağını qeyd edib:

 

"Azərbaycanda suyun qiyməti onsuz da bahadır. Suyun qiymətinə yenidən baxılırsa təəssüf ki, aşağı salınmayacaq. Çox güman ki, əksinə artıracaqlar. Bu isə heç də yaxşı bir hal deyil. Çünki qeyd etdiyim kimi Azərbaycanda, Bakı şəhərində suyun qiyməti kifayət qədər bahadır. Onun biraz da qalxması həm əhalinin sosial vəziyyətinə, həm də biznesinə mənfi təsir göstərəcək, çünki tariflər əhalidən çox biznes üçün artırılır. Kafelər, restoranlar, maşınyuma məntəqələri, zavodlar, fabriklər vəs. harda ki, su işlənilir, qiymət artımı sadaladığım yerlərdə də maya dəyərinə və onların qiymət artımına gətirib çıxarda bilər".

YeniAN.az 

Bu qəsəbələrdə su kəsiləcək | No Comment

Oxunub: 103



XƏBƏR LENTİ