Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Azərbaycanla sərhədə gəlib.
YeniAN.az xəbər verir ki, bu barədə Ermənistanla Azərbaycan sərhədindəki AB-nin müşahidə missiyası məlumat yayıb.
"Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etmək bizim üçün böyük şərəfdir”, – məlumatda deyilir.
Səfirə missiyanın işi barədə məlumat verilib:
"O, bizim fəaliyyətimizə canlı nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə də qoşulub”.
Qeyd edək ki, Dekottini vaxtaşırı olaraq sərhədimizə baxış keçirir.