Gürcüstanın paytaxtı Tbilisidə artıq 13-cü gündür ki, vətəndaşlar etiraz əlaməti olaraq
parlament binası qarşısına toplaşırlar.
YeniAN.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, aksiyaya toplaşan vətəndaşlar Rustaveli prospektini bağlayıblar.
Qeyd olunur ki, vətəndaşlar yerli vaxtla saat 19:00-dan etibarən parlamentin olduğu
Rustaveli prospektinə toplaşmağa başlayıblar.