Valyuta məzənnəsi

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti azaldıldı

Tarix:29-12-2024, 14:00

Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti dəyişdirilir – Boyukmillet.com

Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib.

YeniAN.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycana gələn Rusiya vətəndaşlarının və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, əvvəl bu müddət bir təqvim ili ərzində 180 gün idi.


Oxunub: 76



XƏBƏR LENTİ