Xəbər verdiyimiz kimi, Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir.
"Qafqazinfo”nun məlumatına görə, tədbirdə iştirak edən Prezident İlham Əliyevə Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı yayılan xəbərlərdən sual ünvanlanıb.
Dövlət başçısı bildirib ki, bu sual Ermənistan rəhbərliyinə verilməlidir:
"Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz.
Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar
artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar
peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar.
Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə
bilirik. Mən Əbu-Dabidə həmkarıma dedim, bizim Azərbaycandan Azərbaycana
təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər
bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını
görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə
altında olacaqlar”.