Daşkəsən Gənclərin
Təlim və İstirahət Mərkəzi bu gün regionun ən nümunəvi gənclər
məkanlarından biri kimi tanınırsa, bu uğurun arxasında güclü rəhbərlik
komandasının dayandığını qeyd etməmək olmaz.
Turkdunyasi.az
xəbər verir ki, mərkəzin direktoru Elşən Tağıyev, gənc yaşına
baxmayaraq, 2022-ci ildən etibarən rəhbərlik etdiyi bu müəssisəyə yeni
nəfəs, innovativ yanaşmalar və dinamik inkişaf gətirməyi bacarıb. Onun
rəhbərliyi dövründə mərkəzdə həm infrastruktur baxımından, həm də təlim
və təşkilatçılıq sahəsində böyük dəyişikliklər müşahidə olunub. Elşən
Tağıyevin əsas hədəfi Daşkəsən kimi möhtəşəm təbiətə sahib bir rayonda
yerləşən bu mərkəzi yalnız istirahət yeri deyil, eyni zamanda gənclərin
maariflənməsi, sosiallaşması və fərdi inkişafı üçün strateji platformaya
çevirmək olub.
Direktorun
yaxın əməkdaşları – menecerlər Yasər Tağlı və Firuz Bəşirov da bu
inkişaf prosesində mühüm rol oynayırlar. Yasər Tağlı mərkəzin gündəlik
fəaliyyətinin operativ və nizamlı şəkildə həyata keçirilməsinə nəzarət
etməklə yanaşı, qonaqların rahatlığını təmin edən təşkilati məsələlərə
xüsusi diqqət ayırır. Onun təcrübəsi və məsuliyyətli yanaşması mərkəzin
səmərəli idarə olunmasında özünü aydın göstərir.
Digər
menecer – Firuz Bəşirov isə daha çox təlim, tədbir və proqramların
planlaşdırılması, icrası və gənclərlə birbaşa ünsiyyət sahəsində
fərqlənir. Onun təşəbbüsü ilə mərkəzdə bir çox maarifləndirici
layihələr, sosial kampaniyalar və yaradıcı təlimlər həyata keçirilib.
Firuz Bəşirovun enerjili və motivasiyaedici yanaşması gənclər arasında
xüsusi rəğbət qazanıb.
Bu
komanda sayəsində Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi təkcə
təbiətin gözəllikləri ilə deyil, həm də peşəkar idarəçilik modeli və
yenilikçi yanaşmaları ilə seçilərək regionun gənclər üçün cazibədar
məkanına çevrilib.
Daşkəsən
rayonunun füsunkar təbiət qoynunda yerləşən Gənclərin Təlim və
İstirahət Mərkəzi həm istirahət, həm də inkişaf üçün ideal məkandır.
Mərkəz, ilboyu ölkənin müxtəlif bölgələrindən gələn qonaqları
qonaqpərvərliklə qarşılayaraq onların həm rahatlığını, həm də
maariflənməsini təmin edir.
Mərkəzin
əsas üstünlüklərindən biri innovativ yanaşmalarla təşkil olunmuş təlim
proqramlarıdır. Burada gənclərin şəxsi inkişafı, komandada işləmə
bacarığı və sosial məsuliyyət mövzularında təlimlər müasir formatda
keçirilir. İnteraktiv metodlardan istifadə olunması gənclərin prosesə
aktiv qatılmasını və öyrəndiklərini real həyatla əlaqələndirməsini təmin
edir.
Sərin
dağ havası, ətrafı əhatə edən yaşıllıqlar və gözoxşayan mənzərələr,
mərkəzin yerləşdiyi ərazini əsl istirahət məkanına çevirir. Təbiətlə
təmasda olmaq istəyənlər üçün yürüş marşrutları, açıq hava tədbirləri və
sakit guşələr yaradılıb.
Bir
sözlə bura gələn hər bir qonaq, Elşən Tağıyevin rəhbərliyi altında o
cümlədən səmimi və peşəkar personalın xidmətindən razı qalır.








Bizimlə əlaqə saxlayın