Valyuta məzənnəsi

Cəlilabadda 62 yaşlı qadın qətlə yetirildi - Qaynı axtarılır

Tarix:16-08-2025, 12:03

 

Cəlilabadda qətl hadisəsi baş verib.

"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Rəviyə Nərimanova bıçaqlanaraq qətlə yetirilib. T. Nərimanovanın ölümündə qaynı Təhmasib Əliyev şübhəli bilinir. 

Ailədaxili münaqişə zəminində qətldə şübhəli bilinən T.Əliyevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


 
 
 
Oxunub: 60



XƏBƏR LENTİ