Valyuta məzənnəsi

Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə birgə görüşünə getdi və... - Gəncədə DƏHŞƏTLİ OLAY

Tarix:5-09-2018, 15:29

Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə birgə görüşünə getdi və... - Gəncədə DƏHŞƏTLİ OLAY


Gəncə şəhərində qətl törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Həsən Qurbanov, onun tanışları – 2000-ci il təvəllüdlü Nazim Məmmədov, 1992-ci il təvəllüdlü Arif Məmmədov, 1992-ci il təvəllüdlü Adil Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə 2016-cı il mayın 9-da baş verib. Həmin gün saat 14.00-da Gəncə şəhər sakini Həsən Qurbanov mübahisə nəticəsində həmyerlisi, 1995-ci il təvəllüdlü Müstəcəb Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Bacısına mesaj yazanı görüşə çağırdı

Məlum olub ki, Müstəcəb tanışlıq münasibətində olduğu Həsən Qurbanovun bacısı Sevdaya Vatsap sosial şəbəkəsi vasitəsilə tanışlıq istəyi məzmununda mesaj göndərib.

Bundan xəbər tutan Həsən Müstəcəblə görüşmək, onunla danışmaq istəyib. Həsən onun bu hərəkətlərinin səbəbini araşdırmaq və münasibətlərinə aydınlıq gətirilməsi üçün görüşə çağırıb.

Məktəbin qarşısında dava

Müstəcəb və Həsən Gəncə şəhərində yerləşən 20 nömrəli tam orta məktəbin qarşısında görüşüblər. Həmin vaxt Həsən oraya tanışları - Nazim Məmmədov, Arif Məmmədov və Adil Babayev ilə birlikdə gəlib.

Mesaj yazmağı baha başa gəldi

Həmin ünvana çatdıqdan sonra Həsən Qurbanov Müstəcəb Əliyevdən bacısına göndərdiyi mesajlarla maraqlanıb. Bu səbəbdən o, Müstəcəb Əliyevin bədəninin müxtəlif hissələrinə yumruq və təpiklə zərbələr endirib. Həmin vaxt Həsən Qurbanovun yanında olan digər tanışları da Müstəcəbi döyüb.

Qətl

Bundan sonra Həsən Qurbanov Müstəcəb Əliyevi öldürmək qərarına gəlib. Bu məqsədlə o, özündə olan bıçaqla Müstəcəbə çoxsaylı xəsarətlər yetirib. Müstəcəb aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Həsən Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3-cü (xuliqanlıq) maddələri ilə, Nazim Məmmədov, Arif Məmmədov və Adil Babayev isə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanliq törətmək) maddələri ilə ittiham elan edilib.

Hökm və şikayət

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Qurbanov 10 il, Nazim Məmmədov 3 il, Arif Məmmədov 4 il, Adil Babayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Həmçinin zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəf təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edib.

Gəncə apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda tərəflərin şikayətləri təmin olunmayıb.

Bundan sonra təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. İş araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti araşdırılıb. Sonda təqsirləndirilən şəxslərin kasasiya şikayətinin təmin edilməməsi barədə qərar verib.

Oxunub: 314



XƏBƏR LENTİ